“Milan” 1 milyard avroya satılır
16.04.2022 - 11:27
“Milan” 1 milyard avroya satılır

Mərkəzi Bəhreyndə yerləşən “İnvestcorp” ərəb investisiya fondu “Milan”ı almağa yaxındır.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər”in tezliklə asiyalı sahibkarların əlinə keçməsi gözlənilir.

Çünki klubun hazırkı sahibi “Elliott Management”lə danışıqlar yekunlaşmaq üzrədir. Tərəflər “Milan”ın borcları da daxil olmaqla, təxminən 1 milyard avro məbləğində sövdələşmə bağlamağa hazırlaşır.

Qeyd edək ki, “İnvestcorp” 42 milyard dollardan artıq aktivləri idarə edən fonddur.