“Milan” 41 illik göstəricisini təkrarladı
07.03.2022 - 10:33
İtaliya A seriyasının XVIII turunda “Milan” “Napoli”ni 1:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” 41 illik göstəricisini təkrarlayıb.
Komanda 1981-ci ildən bəri ilk dəfə bir mövsümdə hər iki matçda “Napoli”ni üstələyib. Stefano Piolinin yetirmələri VIII turda neapolluları 3:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Milan” 60 xalla turnir cədvəlində birinci, “Napoli” isə 57 xalla üçüncü pillədə qərarlaşıb.
0
0