“Milan” 5 milyona hücumçu alır
25.01.2022 - 00:36
“Milan” 5 milyona hücumçu alır

İtaliya “Milan”ı Marko Lazetiçi heyətinə qatacaq.

Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda”nın hücumçusunun transferi barədə razılıq əldə olunub.

A seriyası təmsilçisi 18 yaşlı forvard üçün 5 milyon avro ödəyəcək. Serbiya klubu yetirmələrinin gələcək satışından faiz əldə edəcək.

Qeyd edək ki, Lazetiç cari mövsümün 21 matçında 7 qol vurub.