“Milan” Berardidən əl çəkdi
15.04.2022 - 11:14
“Milan” Berardidən əl çəkdi

“Milan” Domeniko Berardinin transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, buna hücumçunun qiyməti səbəb olub.

28 yaşlı forvardın şərəfini qoruduğu “Sassuolo” Berardi üçün 35 milyon avro istəyir. Milanlılar bir oyunçu üçün bu qədər vəsait xərcləməyi planlaşdırmır.

Qeyd edək ki, Berardi mövsümün 27 matçında 14 qol və 14 assistə imza atıb.