“Milan” “ağsaqqallaşır”
13.04.2022 - 16:25
“Milan” heyətinə daha bir veteran futbolçu qatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu xorvatiyalı İvan Perişiçin xidmətində maraqlıdır.
“Rossonyeri”nin nümayəndələri 33 yaşlı yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb. Lakin İvanın şərəfini qoruduğu “İnter” də onu saxlamaq istəyindədir. Klub rəhbərliyi 2023-cü ilin yayında başa çatacaq müqaviləni uzatmaq üçün danışıqlara start verib.
Qeyd edək ki, 2011-ci ildən Xorvatiya yığmasında forma geyinən Perişiç 107 matçda 30 qol vurub.
0
0