“Milan” ispan hücumçunu transferə çıxardı
08.01.2020 - 13:34
“Milan” ispan hücumçunu transferə çıxardı

İtaliyanın “Milan” klubu futbolçusu Susonu transferə çıxarıb.

Apasport.az saytının məlumatlına görə, 26 yaşlı ispaniyalı hücumçu artıq yanvarda A seriyası təmsilçisini tərk edə bilər.

Milan təmsilçisinin rəhbərliyi və məşqçilər korpusu Susonun çıxışından ciddi narazıdır. Məhz bu amil də onun transferə çıxarılmasına səbəb olub.

Qeyd edək ki, Suso A seriyasının cari mövsümündə 15 oyuna 1 qol vurub.