“Milan”dan transfer etdi – “Lion”
30.09.2020 - 23:23
İtaliyanın “Milan” klubunun futbolçusu Lukas Paketanın Fransa təmsilçisi “Lion”a transferi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, Liqa1 klubu yarımmüdafiəçini rəsmən təqdim edib.
Braziliyalı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçunun keçidi “rossonyerlər”ə 20 milyon avro qazandırıb.
Qeyd edək ki, Lukas Paketa “Milan”a 2019-cu ilin yanvarında Braziliya təmsilçisi “Flamenqo”dan keçib.
0
0