“Milan”ın futbolçusuna “Barselona”dan təklif
01.03.2022 - 22:51
“Milan”ın futbolçusuna “Barselona”dan təklif

“Barselona” “Milan”ın yarımmüdafiəçisi Frank Kessieni transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 25 yaşlı oyunçunu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.

Çünki Fil Dişi Sahili millisinin üzvünün “rossonyerlər”lə müqavilə müddəti yayda bitir. Kessie ilə danışıqları sürətləndirən kataloniyalılar ona yeni təklif göndərib. La Liqa təmsilçisi oyunçuya ildə 6,5 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Frank Kessie 2017-ci ildən “Milan”ın formasını geyinir.