“Milan”ın hücumçusu yeni müqaviləyə razılaşdı
28.02.2022 - 10:19
“Milan”ın hücumçusu yeni müqaviləyə razılaşdı

“Milan”ın hücumçusu Rafael Leau gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard “rossonyerlər”də qalmaq istədiyini bildirib.

Portuqaliyalı futbolçu rəhbərliyin yeni müqavilə təklifini qəbul edəcəyini təsdiqləyib. Hazırda tərəflər danışıqların son mərhələsindədir. Yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulacaq. Leau hər mövsümə 4,5 milyon avro maaş və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Rafael Leaunun hazırkı sözləşməsi 2024-cü ilin yayına kimidir. O, bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.