“Milan”ın kapitanı Alessio Romanyoli İtaliyanın digər klubu “Latsio”ya keçəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Latsio” ilə ortaq məxrəcə gəlib.
“Latsio” ilə “Yuventus” arasında seçim edən İtaliya millisinin üzvü paytaxt klubunu üstün tutub. Anlaşmaya əsasən, Romanyoli yeni komandası ilə yayda 5 illik müqavilə imzalayacaq və hər il 3,2 milyon avroluq maaş alacaq. Sözləşmədə əlavə bonuslarla bağlı bəndlər də yer alacaq. Onun “Milan”la müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, keçid havayı başa gələcək.
Qeyd edək ki, 2015-ci ildən “Milan”ın formasını geyinən Alessio Romanyoli cari mövsüm bütün turnirlərdə 25 oyun keçirib.