“Milan”ın qapıçısı icarəyə verilir
11.01.2020 - 14:56
İspaniyalı qapıçı Pepe Reyna karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper “Aston Villa”da oynayacaq.
Birminhem təmsilçisi veteran futbolçunu İtaliya “Milan”ından icarəyə götürür. Bu gün tibbi müayinədən keçəcək qolkiper mövsümün sonunadək Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, P.Reynanı icarəyə verən “Milan” da yeni qapıçı axtarışına çıxıb. “Bernli”nin 32 yaşlı futbolçusu Co Hartın İtaliya təmsilçisinə keçəcəyi gözlənilir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0