“Milan”ın yeni sahibləri üç futbolçu alacaq
19.04.2022 - 16:58
“Milan”ın yeni sahibləri üç futbolçu alacaq

“Milan”ın yay transfer planları klubun sahibinin dəyişməsindən asılı olacaq.

Apasport.az saytının məlumatına görə, Bəhreynin “Investcorp” investisiya şirkəti A seriyası təmsilçisini alsa, üç yeni oyunçunun transferi gündəmə gələcək.

Milanlılar yarımmüdafiəçilər Rahim Sterlinq və İsko, vinger Marko Asensionu heyətinə qatmağa çalışacaq. Rahimin “Mançester Siti” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

İsko isə “Real”ı bu yay azad agent kimi tərk edəcək. Hər iki futbolçunun özü də bu keçiddə maraqlıdır. Asensionun da “Real”la anlaşması gələn il bitəcək.

Qeyd edək ki, “Milan”ın yeni sahibləri bu yay transferlərə 300 milyon avro xərcləməyi planlaşdırır.