“Millinin formasını geyinən bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var”.
Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev belə bir iddia ilə çıxış edib.
O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib. PFL rəhbəri bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.
AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının “qara siyahı”ya salınmadığını açıqlamayıb (sportinfo.az).
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı