“Məndə gərginlik var idi” – Zaur Həşimov
19.12.2019 - 20:44
"Çox stressli oyun idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.
Gənc çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyunundan sonra mətbuat konfransı keçirib. Z.Həşimov əsas vaxtı qolsuz başa çatan görüşün əlavə yarım saatındakı 1:0 hesablı qələbəyə şərh verib: “Bu, hər iki matça aiddir. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik var idi. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0