Fransa Liqa1-də çıxış edən “Monako” klubu baş məşqçisini dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” Leonardu Jardimlə yollarını növbəti dəfə ayırmaq niyyətindədir.
Klub rəhbərliyi ona layiqli əvəzləyici tapdığı üçün bu fikrə gəlib. Liqa1-də 7-ci sırada olan, lakin Çempionlar Liqasına yüksəlməyi hədəfləyən “Monako” baş məşqçi vəzifəsinə Unai Emerini gətirmək istəyir. Son iş yeri İngiltərənin “Arsenal” klubu olan ispaniyalı mütəxəssis monakoluların üç namizədi sırasında birinci pillədə durur. U.Emeri ilə danışıqlar alınmasa, Qarsia Toral və Loran Blanın namizədliyi müzakirə olunacaq.
Qeyd edək ki, 48 yaşlı ispaniyalı “Arsenal”dan ötən ayın sonlarında kənarlaşdırılıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı