Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta doğma komandası "Barselona"ya qayıtmaq arzusundadır.
Apasport.az saytının məlumatına görə, bunu 36 yaşlı yarımmüdafiəçi özü yerli mətbuata açıqlamasında bildirib.
İnyesta bir neçə ildən sonra sabiq komanda yoldaşı Xavi Ernandeslə birlikdə Kataloniya klubunda məşqçi kimi işləmək niyyətində olduğunu gizlətməyib: "Məşqçilər korpusunda Xavi-İnyesta tandemi pis səslənmir. Amma buna iki il sonra baxarıq. Xavi ilə birlikdə çalışmağı hər zaman istəyərəm. Əsas onun nə hiss etdiyidir. Düşünürəm ki, Xavi gec-tez "Barsa"nın baş məşqçisi olacaq, mən isə hələ heç nə bilmirəm. Bəli, arzum bir gün "Barsa"nın məşqçisi olmaqdır, amma buna zamanla layiq olmalıyam".
Veteran futbolçu "Barselona"ya yeni təyin edilən Kike Setyenin uğurlu olacağını düşünür: "Setyenlə hələ "Barselona"da olarkən danışmışdım. Mənə görə o, axtardığımız məşqçilərdən idi. Oyunu çox gözəl oxuyur və hücum futboluna üstünlük verir. Düşünürəm ki, Setyenin işi uğurlu olacaq".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı