“Nə olacaqsa, siz bizdən tez biləcəksiniz” – Tərlan Əhmədov saxlanın köməkçisi haqda
16.12.2019 - 22:14
“Nə olacaqsa, siz bizdən tez biləcəksiniz” – Tərlan Əhmədov saxlanın köməkçisi haqda

“Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Əhmədov oyunu dəyərləndirib: “Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Cavab görüşündə qələbə qazanmağa çalışacağıq”.

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?
- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir.

- Daha bir itkiniz oldu...
- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda vəziyyət normaldır.

- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?
- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.

0
Tərlan Əhmədov Keşlə Qarabağ