“Napoli” ilə razılıq əldə etdi – yeni məşqçisi
28.05.2021 - 10:07
İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisini Luçano Spalletti çalışdıracaq.
A seriyası təmsilçisi mütəxəssislə iki illik müqavilə barədə razılıq əldə edib. Spalletti özü ilə 6 köməkçi məşqçi də gətirəcək.
Qeyd edək ki, Spallettinin son iş yeri 2019-cu ildə ayrıldığı “İnter” olub.
0
0