"Napoli"nin baş məşqçisi Cennaro Qattuzonun fəaliyyəti uzun sürməyə bilər.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin artıq postu laxlayıb.
Onun rəhbərliyi altındakı oyun və nəticə klub prezidenti Aurelio De Laurentisi məyus edir. Maraqlıdır ki, De Laurentis bir müddət əvvəl qovduğu Karlo Ançelottini qaytarmaq niyyətindədir. Klub rəhbəri qərarına peşman olsa da, keçmiş dostunu qaytarması elə də real görünmür. Çünki Ançelotti ötən ay "Everton"la 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, A seriyasının son 3 matçında məğlub olan "Napoli" hazırda 24 xalla 13-cü pillədə qərarlaşır.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı