"Napoli"nin ulduzu qərarını verdi
21.01.2020 - 15:17
"Napoli"nin ulduzu qərarını verdi

"Napoli"nin hücumçusu Dris Mertensin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçusu yeni müqavilə imzalayacaq.

Belçikalı oyunçunun hazırkı sözləşmə müddəti cari mövsümün sonuna qədərdir. Hətta "Everton", "Arsenal", "Bavariya" və Dortmund "Borussiya"sından təklif də almışdı. Lakin 32 yaşlı forvard rəhbərliyin yeni müqavilə təklifini qəbul edib. Yaxın müddətdə tərəflər arasında münasibətlər rəsmiləşəcək.