“Napoli”yə gedir – millinin qapıçısı
02.07.2021 - 13:14
“Napoli”yə gedir – millinin qapıçısı

Çexiya millisinin qapıçısı Tomaş Vaslik karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı qolkiper “Napoli”yə keçəcək.

Tomaş yeni klubuna azad agent statusu ilə qoşulacaq. İspaniya “Sevilya”sı ilə müqaviləsi başa çatan qapıçı La Liqa klubu ilə anlaşmanı uzatmayıb. Buna səbəb tərəflərin şərtlərdə razılıq əldə etməməsidir.

Qeyd edək ki, 2018-ci ildə “Sevilya”ya keçən Vaslik bunadək Çexiyada “Vitkovitse”, “Viktoriya Jijkov”, “Slaviya”, İsveçrədə “Bazel” klublarında oynayıb.
 

0