“Neftçi” “Desna” ilə qarşılaşacaq
09.01.2020 - 15:21
“Neftçi” “Desna” ilə qarşılaşacaq

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” yanvarın 24-də Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq.

Oyun “Emirhan Sports Complex Side”ın stadionunda baş tutacaq.

Qeyd edək ki, qonşu ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-də Polşanın LKS, 20-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.