“Neftçi” Antalyadan qələbə ilə qayıdır - YENİLƏNİB
24.01.2022 - 18:19
“Neftçi” Antalyadan qələbə ilə qayıdır - YENİLƏNİB

Türkiyədə toplanışda olan “Neftçi” bu gün son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri Polşanın “Qurnik” klubu ilə qarşılaşıb.

Görüş “Emirhan Sports Kompleks Side”də baş tutub. Bu, bakılıların Antalyada üçüncü sınağı olub. Bunadək Macarıstan “Kişvarda”sı (2:2) və Polşa “Visla”sı (Plotsk) ilə (1:1) üz-üzə gələn paytaxt təmsilçisi bu dəfə qələbəyə sevinib. Yusuf Lavalın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb. 

Qeyd edək ki, “Qurnik” digər təmsilçimiz “Zirə” ilə də qarşılaşıb. Həmin matç heç-heçə bitib – 2:2.

Yoxlama oyunu 
24 yanvar
16:00. “Neftçi” – “Qurnik” (Leçna, Polşa) - 1:0

Yusuf Laval, 54
“Emirhan Sports Kompleks Side”