“Neftçi” Kiyev “Dinamo”su ilə oynayacaq
26.12.2019 - 21:21
“Neftçi” Kiyev “Dinamo”su ilə oynayacaq

“Neftçi”nin yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qonşu ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəkı rəqibi Polşanın “Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqib hələ dəqiqləşməyib.