"Neftçi" Korrea ilə vidalaşdı
22.01.2022 - 15:27
"Neftçi" Korrea ilə vidalaşdı

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bakılılar Xorxe Korrea ilə vidalaşdığını rəsmən bəyan edib.

Argentinalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Korrea özü ailəvi problemlərə görə komandadan ayrılmaq üçün rəhbərliyə müraciət etmişdi.

Qeyd edək ki, 2021-ci ilin ilin sentyabrında “Neftçi”yə transfer olunan Xorxe Korrea 2 rəsmi oyunda forma geyinib.