“Neftçi” böyük hesabla uduzdu
15.01.2020 - 22:17
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Polşanın LSK klubu ilə qarşılaşıb.
İtaliyalı baş məşqçi Roberto Bordinin yetirmələri Lodz təmsilçisi ilə görüşdə böyük hesabla uduzub. "Ağ-qaralar" buraxılan 4 qola cavab verə bilməyiblər.
Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama görüşü keçirəcək.
Yoxlama görüşü
15 yanvar
"Neftçi" – LKS (Polşa) - 0:4
0
0
Neftçi
LSK
yoxlama oyunu