"Neftçi" ilə görüşü dəyərləndirmək mənim üçün çətindir" - LKS-in baş məşqçisi
16.01.2020 - 09:35
"Neftçi" ilə görüşü dəyərləndirmək mənim üçün çətindir" - LKS-in baş məşqçisi

"Qələbə ilə başlamaq yaxşıdır. Xüsusən də, belə payız turundan sonra buna nail olduğumuz üçün hamı xoşbəxtdir".

Apasport.az saytının məlumatına görə, bunu LKS-in baş məşqçisi Kazimej Moskal deyib.

Antalyada təlim-məşq toplanışında olan Polşa təmsilçisi yoxlama görüşündə "Neftçi" üzərində 4:0 hesablı qələbə qazanıb.
Matçı dəyərləndirən 53 yaşlı mütəxəssis komandasından razılıq bildirib: "Təkcə 4 qol vurduğumuz üçün yox, qapımızda top buraxmadığımız üçün də şadıq. Düşünürəm ki, fasilə bizə çox kömək oldu. Komandaya yeni nəfəs gəldi. Bu görüşü dəyərləndirmək mənim üçün çətindir. İlk hissədə rəqibimiz üstün idi. Biz isə hücumda effektli oynadıq. Fasilədən sonra oyunun şəkli dəyişdi və meydanda dominantlıq etdik".