“Avrokuboklara hazır olmadıq”.
Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko deyib.
2019-cu ili dəyərləndirən mütəxəssis Avropa Liqasındakı uğursuz çıxışı xatırlayıb. “Topçular”ın baş məşqçisi II təsnifat mərhələsində Azərbaycanın ən titullu klubu “Neftçi”yə məğlubiyyətə şərh də verib: “Oyunlara yaxşı hazırlaşa bilmədik. Çünki cəmi üç həftə vaxtımız var idi. Üstəlik, üzərimizdəki təzyiqlə də bacarmadıq. Bu oyunlardan öncə çox söz-söhbət gəzirdi. Hamının uğursuzluğu olur. Biz nə birinciyik, nə də sonuncu”.
Qeyd edək ki, “Neftçi” “Arsenal”a səfərdə 1:0, evdə 3:0 hesabı ilə qalib gəlib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı