“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Apasport.az saytının məlumatına görə, ərizədə 22 futbolçu yer alıb.
Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 4 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu olacaq.
Qapıçılar: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə;
Müdafiəçilər: 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 20. Mərt Çelik, 26. Ömər Buludov;
Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov;
Hücumçular: 7. Namik Ələskərov, 22. Mirabdulla Abbasov.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.