Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu bəzi məşhur simaların da diqqət mərkəzindədir.
Apasport.az saytının məlumatına görə, onlardan biri də dünya və Avropa çempionu Kristian Karambödür.
2001-2004-cü illərdə Pirey təmsilçisinin formasını geyinmiş fransalı sabiq yarımmüdafiəçi sabahkı qarşılaşma ilə bağlı sosial şəbəkədə paylaşım edib. “Olimpiakos”un strateji məsləhətçisi kimi çalışan 51 yaşlı mütəxəssis klubun emblemini paylaşaraq “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” yazıb və “Neftçi” ilə görüş öncəsi dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, sabah Pireydə keçiriləcək “Olimpiakos” - “Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Bakcell Arena”da olacaq.
“Neftçi” mesajı – dünya və Avropa çempionundan
20.07.2021 - 12:02
0
0