"Neftçi" müqaviləsinə xitam verdi - braziliyalı futbolçunun
24.06.2021 - 13:35
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi mərkəz müdafiəçisi Rener Alves de Souza ilə vidalaşıb.
Braziliyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə keçmiş Rener rəsmi oyunda meydana çıxmayıb.
0
0