“Neftçi” onun gedişini açıqladı - Artıq yeni klubuna qoşulacaq
26.01.2022 - 10:05
“Neftçi” onun gedişini açıqladı - Artıq yeni klubuna qoşulacaq

“Neftçi” icarə əsasında heyətində forma geyinən Mamadu Kane ilə vidalaşıb. 

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan “Neftçi”nin heyətinə qatılmış Kane 2021-ci ilin sentyabrında Yunanıstanın “Olimpiakos” klubuna satılıb. 

Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq. 

Qeyd edək ki, Kane Bakı təmsilçisinin heyətində Premyer Liqada 61 oyuna çıxıb və 1 qol vurub.