“Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin oyununu canlı izləmək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Tbilisi “Dinamo”su ilə “Neftçi” arasında bu gün baş tutacaq I raundun görüşünü izləmək üçün Gürcüstana yollanacaq.
Bu komandaların oyunları ilə tanış olmaq istəyən 51 yaşlı çalışdırıcı həmçinin iyulun 14-dəki cavab qarşılaşmasına baxmaq üçün də Bakıya gəlməyi planlaşdırır. Martins bu yolla növbəti mərhələdəki rəqibi barədə geniş məlumat toplayacağını düşünür.
Qeyd edək ki, bu gün keçiriləcək “Dinamo” – “Neftçi” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.