İki gündən sonra Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün bütün mükafatçıları müəyyənləşəcək.
Apasport.az saytının məlumatına görə, mayın 19-dakı qarşılaşmalar yeni rekordla əlamətdar olacaq.
Ölkə çempionu tituluna yiyələnəcək komanda buna 9-cu dəfə nail olan ilk klub kimi tarixə düşəcək. Hərəyə 8 dəfə qızıl medal qazanmaqla şərikli rekorda sahib “Qarabağ”la “Neftçi”dən biri önə keçəcək.
3-cü yerin taleyi isə “Zirə” və “Sumqayıt”ın qiyabi duelində həllini tapacaq. Bakılılar hazırkı mövqeyini qorusa, medal sıralamasında “Xəzri” və “Karvan”a çatacaq.
Son turda bürüncü ələ keçirəcəyi halda “Sumqayıt” ilkləri reallaşdıracaq. “Gənclik şəhəri” təmsilçisi ilk dəfə medal qazanmaqla çempionatlar tarixində “üçlüy”ə düşən 18-ci komanda olacaq. İndiyədək 17 klub mükafatçılar sırasında yer alıb.
Sumqayıt iki komandası medal qazanan ilk paytaxtdan kənar şəhəri də ola bilər. 1992 və 1993-cü illərdə gümüşə yiyələnən “Xəzər”dən sonra şəhərin eyniadlı komandası da adını bu siyahıya yazdırmalıdır. İndiyədək yalnız Bakının birdən artıq – 6 təmsilçisi mükafatçılar sırasına düşüb.
yer |
klub |
qızıl |
gümüş |
bürünc |
1 |
“Neftçi” |
8 |
4 |
6 |
2 |
“Qarabağ” |
8 |
3 |
3 |
3 |
“Kəpəz” |
3 |
1 |
2 |
4 |
“Keşlə” |
2 |
3 |
4 |
5-6 |
“Bakı” |
2 |
2 |
1 |
|
“Şəmkir” |
2 |
2 |
1 |
7 |
“Xəzər Lənkəran” |
1 |
3 |
0 |
8 |
“Turan” |
1 |
1 |
2 |
9 |
“Qəbələ” |
0 |
2 |
3 |
10 |
“Xəzər” Sumqayıt |
0 |
2 |
0 |
11-12 |
“Xəzri” |
0 |
1 |
1 |
|
“Karvan” |
0 |
1 |
1 |
13-14 |
"Şüvəlan" |
0 |
1 |
0 |
|
“Zirə” |
0 |
1 |
0 |
15-17 |
“Simurq” |
0 |
0 |
1 |
|
“Viləş” |
0 |
0 |
1 |
|
"Səbail" |
0 |
0 |
1 |
* - komandalar daşıdığı son adla göstərilib.