“Neftçi” və “Qarabağ”a çatdı – “Zenit”
04.05.2021 - 00:41
“Neftçi” və “Qarabağ”a çatdı – “Zenit”

Sankt-Peterburqun “Zenit” klubu Rusiya Premyer Liqasının qalibi olmaqla 8-ci çempionluğunu rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bu, Rusiya klubları arasında 4-cü nəticədir.

1 dəfə SSRİ, 7 dəfə Rusiyada hamını qabaqlayan “Zenit”i üç komanda qabaqlayır. “Spartak” ümumilikdə 22, MOİK 13, “Dinamo” 12 dəfə zəfər çalıb.

Sankt-Peterburq təmsilçisi çempionluq sayında Azərbaycan rekordçuları “Neftçi” və “Qarabağ”a çatıb. Təmsilçilərimizin hərəsi də 8 dəfə ölkə çempionatının qızıl medallarına yiyələnib.

Postsovet məkanının 15 ölkəsinin klublarının çempionluq sayına baxsaq, rekord Kiyev “Dinamo”suna məxsusdur. Ukraynalılar 13 dəfə ittifaq, 16 dəfə müstəqillikdə çempion olub. “Spartak” 2-ci, Tbilisi “Dinamo”su 3-cüdür. Ümumilikdə isə 23 komanda 8 və daha çox çempionluq yaşamağa nail olub.

1. “Dinamo” (Kiyev, Ukrayna) - 29
2. “Spartak” (M, Rusiya) – 22
3. “Dinamo” (Tbilisi, Gürcüstan) - 20
4. “Şerif” (Moldova) - 18
5-6. BATE (Belarus) – 15
“Skonto” (Latviya) - 15
7-10. MOİK (Rusiya) – 13
“Şaxtyor” (Ukrayna) – 13
“Flora” (Estoniya) – 13
“Paxtakor” (Özbəkistan) – 13
11. “Dordoy” (Qırğızıstan) - 12
12-14. “Dinamo” (M, Rusiya) – 11
“Pünik” (Ermənistan) – 11
“Metalurq” (Liepaya, Latviya) – 11
15-17. “Levadiya” (Estoniya) – 9
“Sport” (Estoniya) – 9
“İstiklol” (Tackistan) – 9
18-23. “Neftçi” (Azərbaycan) – 8
“Qarabağ” (Azərbaycan) - 8
“Zenit” (Rusiya) – 8
“Dinamo” (Mn, Belarus) – 8
“Zimbru” (Moldova) – 8
RFK (Latviya) – 8
 

0