Azərbaycan Premyer Liqası ilə bağlı tətbiq edilən yaş limiti gənc futbolçulara özlərini göstərmək imkanı yaradır.
Apasport.az saytının məlumatına görə, 1 nəfər 1998-ci il doğumlu və daha gənc oyunçunun meydanda olması, eyni zamanda matçın protokolunda 2000-ci il təvəllüdlü və ya daha gənc 1 oyunçunun yer alması şərti cari mövsüm də bəzi istedadların üzə çıxmasına yol açıb.
Bu qərar mövsümün ilk yarısında 29 futbolçunun Premyer Liqa həyəcanı yaşamasına səbəb olub.
Gənclərə ən çox güvənən komanda "Sumqayıt"dır. Əsası yerlilərdən təşkil edilən "gənclik şəhəri" təmsilçisinin heyətində yaşı ən çox 21 olan 5 futbolçu iştirak edib. Onlardan da 3-nün heç 20 yaşı yoxdur. "Neftçi", "Sabah", "Qəbələ" və "Səbail" limitə düşən 4 gəncə özünü göstərmək imkanı yaradıb. "Qarabağ" və "Keşlə"də bu say 3, "Zirə"də isə 2-dir.
Premyer Liqa həyəcanı yaşayan gənclərdən beşi 2000, yeddisi isə 2001-ci il təvəllüdlüdür.
Yalnız 2 futbolçu ilk yarıda 14 qarşılaşmanın hamısında meydanda olub. Bunlar "Keşlə"nin yarımmüdafiəçisi Tural Bayramlı və "Səbail"in müdafiəçisi Turan Manafovdur.
Məhsuldarlıq baxımından "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli və "Zirə"nin cinah oyunçusu Nicat Süleymanov digərlərindən fərqlənib. İsmayıl 11, Nicat isə 9 oyunda rəqib qapılarına 4 dəfə yol tapıb.
Premyer Liqada iştirak edən gənclər:
Tural Bayramlı ("Keşlə"): 14 oyun, 1258 dəqiqə, 2 qol, 2 sarı vərəqə
Turan Manafov ("Səbail"): 14 oyun, 1119 dəqiqə, 1 sarı vərəqə
Amin Seydiyev ("Qəbələ"): 13 oyun, 1170 dəqiqə, 4 sarı vərəqə
Səbuhi Abdullazadə ("Sumqayıt"): 12 oyun, 748 dəqiqə, 1 sarı vərəqə
Rövlan Muradov ("Qəbələ"): 12 oyun, 592 dəqiqə, 2 qol, 1 sarı vərəqə
İsmayıl İbrahimli ("Qarabağ"): 11 oyun, 848 dəqiqə, 4 qol, 1 sarı, 1 qırmızı vərəqə
Ozan Can Kökçü ("Sabah"): 11 oyun, 830 dəqiqə
Elvin Cəfərquliyev ("Sumqayıt"): 11 oyun, 822 dəqiqə, 1 qol, 5 sarı vərəqə
Anton Krivotsyuk ("Neftçi"): 10 oyun, 899 dəqiqə, 2 qol, 1 sarı, 1 qırmızı vərəqə
Süleyman Əhmədov ("Sumqayıt"): 10 oyun, 578 dəqiqə, 2 sarı vərəqə
Şakir Seyidov ("Sabah"): 10 oyun, 535 dəqiqə, 1 qol, 2 sarı vərəqə
Nicat Süleymanov ("Zirə"): 9 oyun, 691 dəqiqə, 4 qol, 1 sarı vərəqə
Rafael Məhərrəmli ("Zirə"): 9 oyun, 585 dəqiqə
Ömər Buludov ("Neftçi"): 8 oyun, 612 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Hacıağa Hacılı ("Qarabağ"): 7 oyun, 489 dəqiqə
Ədilxan Qarəhmədov ("Səbail"): 6 oyun, 179 dəqiqə
Faiq Hacıyev ("Qəbələ"): 4 oyun, 145 dəqiqə, 2 sarı vərəqə
Abbas Ağazadə ("Sabah"): 3 oyun, 155 dəqiqə, 3 sarı vərəqə
İsmayıl Zülfüqarlı ("Neftçi"): 3 oyun, 21 dəqiqə
Murad Xaçayev ("Sumqayıt"): 2 oyun, 172 dəqiqə, 1 qırmızı vərəqə
Ruslan Hacıyev ("Səbail"): 2 oyun, 26 dəqiqə
Rüfət Abdullazadə ("Sumqayıt"): 2 oyun, 21 dəqiqə
Əli Sadıxov ("Səbail"): 2 oyun, 20 dəqiqə, 1 qırmızı vərəqə
Xəzər Mahmudov ("Keşlə"): 1 oyun, 90 dəqiqə
Emil Qasımov ("Sabah"): 1 oyun, 11 dəqiqə
İdris İnqilablı ("Qəbələ"): 1 oyun, 8 dəqiqə
Toral Bayramov ("Qarabağ"): 1 oyun, 6 dəqiqə
Turan Vəlizadə ("Neftçi"): 1 oyun, 5 dəqiqə
Pərviz Azadov ("Keşlə"): 1 oyun, 2 dəqiqə
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı