“Neftçi”nin müdafiəçisi Mert Çelikin durumu hələ də qeyri-müəyyən olaraq qalır.
Apasport.az saytının məlumatına görə, son çempion milli üzvünü komandada saxlamaq istəsə də, bakılıların bu istəyi baş tutmaya bilər.
“Neftçi” ilə 2 illik icarə müddəti mövsümün sonuna qədər olan 22 yaşlı futbolçunun taleyi müqavilə ilə məxsus olduğu “Başakşehir”in əlindədir. Türkiyə klubunun baş məşqçisi Emre Belözoğlu onun xidmətində maraqlı deyil. Bu üzdən istanbullular ilk olaraq Merti satmaq variantını nəzərdən keçirəcək. Bakılılar isə onu yenə icarəyə götürmək istəyirlər.
Azərbaycan təmsilçisi gənc oyunçudan məmnun qaldığından, onun üçün xərcə düşməyə hazırdır. Problem ondadır ki, Çeliklə Türkiyə və Avropadan başqa maraqlananlar da var. Bu üzdən “Neftçi” cəld tərpənməsə, milliləşdirilmiş futbolçu ilə vidalaşmalı olacaq.
Qeyd edək ki, Mert Çelikin “Başakşehir”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.