“Neftçi” Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb.
Apasport.az saytının məlumatına görə, bakılılar 1/4 finalın ilk oyununda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub.
Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 2018/19 mövsümündə 1/4 finalda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən “Neftçi” öz meydanında “Qəbələ”yə yenilib – 1:3.
Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında “Zirə” üzərində 2:0 hesablı qələbə əldə olunub.
Bu, klub tarixində yeni antirekorddur. “Ağ-qaralar” 27 ildir daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı