“Neftçi”dən rekord, “Qarabağ” izləmədə
30.01.2022 - 16:02
“Neftçi”dən rekord, “Qarabağ” izləmədə

Azərbaycan kubokunda 1/4 finalda ən çox iştirak edən komandalar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 30-cu dəfə təşkil olunan yarışda yalnız “Neftçi” heç vaxt 1/4 finaldan kənar qalmayıb.

Bu raundda 30 dəfə oynayan Bakı klubunu “Qarabağ” izləyir. Ağdamlılarsız yalnız yeddi 1/4 final olub.

İlk “üçlüy”ü “Keşlə” qapayır. Bakılılar 19-cu dəfə bu mərhələdə mübarizə aparacaq.

“Top-11”dəki klublardan 6-sı cari mövsümdə də mübarizə aparır. “Üçlük”dəkilərdən başqa “Qəbələ”, “Zirə” və “Sumqayıt” da bu siyahıdadır.

1. “Neftçi” - 30
2. “Qarabağ” - 23
3. “Keşlə” - 19
4. “Bakı” - 15
5-6. “Kəpəz” - 14
5-6. “Qəbələ” - 14
7. “Xəzər Lənkəran” - 12
8. “Turan” - 10
9-11. AZAL – 7
9-11. “Sumqayıt” - 7
9-11. “Zirə” - 7