"Neftçi"ni keçmək ikiqat sevindiricidir” - Ayxan Abbasov
20.12.2019 - 21:02
"Neftçi"ni keçmək ikiqat sevindiricidir” - Ayxan Abbasov

"Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib. 

38 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab qarşılaşmasından sonra mətbuat konfransı keçirib. Yarımfinala vəsiqə qazanan Abbasov 0:0 hesabı ilə başa çatan oyuna görə yetirmələrinə təşəkkür edib: “Futbolçular taktiki tapşırıqları yerinə yetirdikləri üçün sevinirəm. Ötən il də "Neftçi"ni kubokda keçmişdik. Yenə bunu bacardıq. "Qarabağ" və ya "Keşlə" - hansı olsa, yarımfinalda döyüşəcəyik".

Qeyd edək ki, “Sumqayıt” ilk matçda 1:0 hesabı ilə qalib gəlib.