“Sabah” klubunun “Neftçi”nin baş məşqçisi Samir Abasovla bağlı mövqeyi bəlli olub.
Paytaxt təmsilçisindən apasport.az saytına verilən məlumata görə, hər hansı bir şikayət ünvanlanmayacaq.
Premyer Liqanın XXIV turunda baş tutan və 2:2 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra “Neftçi”nin çalışdırıcısı rəqib komanda və onun qapıçısının ünvanına etik olmayan sözlər işlədib. Buna baxmayaraq, “Sabah” tərəfi hadisə ilə bağlı AFFA-ya rəsmi şikayət etməmək qərarına gəlib.
Qeyd edək ki, “Sabah”ın 3 futbolçusunun və 1 məşqçisinin qırmızı vərəqə aldığı matçdan sonra Samir Abasov rəqibin, xüsusən də, qapıçısı Saşa Stamenkoviçin qəsdən vaxt apardığını kobud şəkildə bildirib.