“Neftçi”nin futbolçuları Boliviyaya qarşı oynadı
16.10.2019 - 13:08
“Neftçi”nin futbolçuları Boliviyaya qarşı oynadı

“Neftçi” futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyuna çıxıblar. 

APA-nın məlumatına görə, S. Mustivar Boliviya ilə səfərdə keçirilmiş yoldaşlıq matçının (1:3) start heyətində yer alaraq, 73-cü dəqiqədə əvəzlənib. 

Gerye isə oyuna məhz 73-cü dəqiqədə başqa bir komanda yoldaşını əvəzləməklə daxil olub.

Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.