“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyunu keçiriblər.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin hər iki üzvü KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta-Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb.
Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.