“Neftçi”nin futbolçuları Millətlər Liqasında meydana çıxdı
11.10.2019 - 09:47
“Neftçi”nin futbolçuları Millətlər Liqasında meydana çıxdı

Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) Millətlər Liqasında növbəti oyunlar keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubu “Neftçi”nin futbolçuları Soni Mustivar və Donald Geryenin şərəfini qoruduğu Haiti millisi də növbəti qarşılaşmasına çıxıb.

A liqasının D qrupunda mübarizə aparan yığma öz meydanında Kosta-Rika ilə görüşüb. S.Mustivar və D.Gerye start heyətində yer alıblar. Hər iki futbolçu 90 dəqiqə şans qazanıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. 3 matçdan sonra 2 xal toplayan Haiti yığması 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Haiti yığması oktyabrın 15-də Boliviya ilə yoxlama oyunu keçirəcək.