“Neftçi”nin futbolçusu AEL-ə keçə bilər
27.12.2019 - 15:51
“Neftçi”nin futbolçusu AEL-ə keçə bilər

Bakının “Neftçi” klubu seneqallı futbolçusu Mamadu Mbodjla yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberto Bordinin az şans 
verdiyi müdafiəçi qış fasiləsində özünə yeni komanda tapmaq fikrindədir.

Afrikalı legionerin keçə biləcəyi iki komanda da məlum olub. M.Mbodjun Azərbaycana gəlməzdən əvvəl oynadığı Litvaya geri dönmək ehtimalı var. O, əvvəllər də formasını geyindiyi “Jalqris”ə qayıda bilər.

M.Mbodj Kiprin AEL klubunun da maraq dairəsindədir. Hazırda Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətində olan legioner döndükdən sonra hansı klubda oynayacağına qərar verəcək.