“Neftçi”nin hər iki matçı canlı yayımlanacaq – Çempionlar Liqasında
02.07.2021 - 12:37
“Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Gürcüstan çempionu “Dinamo” (Tbilisi) ilə hər iki görüşü “CBC Sport” vasitəsilə canlı izləmək mümkün olacaq.
Komandalar arasında ilk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
0
0