"Neftçi" mənimlə yaydan maraqlanır. Təklif də göndərib. Amma "Ümraniyəspor"la müqaviləm olduğuna görə alınmayıb".
Bunu apasport.az saytına Azərbaycan millisinin (U-21) sabiq futbolçusu Timur Temeltaş deyib.
Türkiyənin I liqasında mübarizə aparan "Ümraniyəspor"un aparıcı yarımmüdafiəçi "Neftçi" rəsmilərilə yenidən danışıqlar masasına oturub. Lakin yayda olduğu kimi, 28 yaşlı futbolçunun Bakı təmsilçisinə keçidi yenə alınmayıb: "Neftçi" ilə yaxınlarda yenə görüşməmiz oldu. Böyük ehtimalla mövsüm sonunda bir daha danışacağıq. "Ümraniyəspor"la müqaviləm başa çatır, görək necə olacaq. "Neftçi" məni istəyir, keçidim transfer məbləğinə görə alınmır. Amma müqaviləm bitdikdən sonra hər hansı sıxıntı qalmayacaq".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı