“Neymarı dəli etməyə çalışacağımı bilir” – argentinalı futbolçu
10.07.2021 - 22:49
“Neymarı dəli etməyə çalışacağımı bilir” – argentinalı futbolçu

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes Amerika kubokunun final oyunu öncəsi Braziliya yığmasının ən təhlükəli oyunçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, o, PSJ-dəki komanda yoldaşı Neymarı zərərsizləşdirməyin çox çətin olduğunu söyləyib.

Paredes matçda bu funksiyanı özünün daşıyacağını bildirib: “Neymar meydanda qovulmağı çox sevir. Amma rəqiblər tez-tez onun ayaqlarına təpikləyirlər. Ona nəzarət etmək çətindir. Heç vaxt hara qaçacağını bilmirsən. Bu, Neymar və Messiyə məxsus xüsusiyyətdir. Onları yaxşı tanısanız da, başqa bir şey var. Daha sürətli düşünür və hərəkət edirlər. Neymarı mümkün qədər sıx şəkildə nəzarətə almaq və ayaqlarına az zərbə vurmaq lazımdır. Onu dəli etməyə çalışacağımı bilir”.

Qeyd edək ki, sabah keçiriləcək Argentina – Braziliya finalı Bakı vaxtı ilə 04:00-da başlayacaq.

0