“Zirə”yə qarşı yaxşı oyun nümayiş etdirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Napredak” klubunun vitse-prezidenti Boyan Miladinoviç deyib.
Serbiyalı klub rəsmisi Türkiyənin Antalya şəhərində təşkil olunan toplanış çərçivəsində “Zirə”yə qarşı keçirilən yoxlama oyunu barədə fikirlərini bildirib. B.Miladinoviç 0:2 hesablı məğlubiyyəti onunla əsaslandırıb ki, komanda hazırlığa rəqiblə müqayisədə yeni başlayıb: “Azərbaycan klubu artıq hazırlıq prosesini başa vurur. 10 gündən sonra onlarda çempionat başlayır. Aydın məsələdir ki, bizim futbolçular meydanda daha ağır idilər. Buna baxmayaraq, onlar güclü tempdə oynamağı bacardılar. Nəticə bizim üçün ön planda deyildi. Düşünürəm ki, matçdan-matça nəticələr daha yaxşı olacaq. Arzuladığımız oyunu nümayiş etdirməliyik ki, sonra da nəticə qazanaq”.
- DÇ-ya buraxılmayan hakimə təsəlli – FIFA pulunu verəcək
- Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər
- Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
- Naqelsmandan 7:1-lik qələbəyə şərh – “Kurasao da futbol oynaya bilir”
- DÇ-2026 - Yaponiya və Niderlanddan 4 qollu sülh - YENİLƏNİB