"Nəticə ürəkaçan oldu" - Lorenzo Frutos
30.11.2019 - 20:25
"Nəticə ürəkaçan oldu" - Lorenzo Frutos

"Qol vurduğuma görə sevinirəm. Amma daha çox qələbə qazandığımız üçün sevincliyəm". 

Apasport.az saytının məlumatına görə, "Keşlə"nin hücumçusu Lorenzo Frutos belə deyib.

"Keşlə"nin paraqvaylı hücumçusu Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt" üzərində 2:1 hesablı qələbəni şərh edib: "Ağır oyun oldu. "Sumqayıt" yaxşı komandadır. Bu qələbə bizim üçün olduqca vacib idi. Komanda olaraq yaxşı futbol sərgilədik və nəticə də ürəkaçan oldu". 

"Sumqayıt"ın XII turda "Qarabağ"ı məğlub etməsi "Keşlə"lilərin gözünü qorxudubmuş: "Sumqayıt"ın yaxşı komanda olduğunu bilirdik. Onların keçən həftə "Qarabağ"ı məğlub etdikləri oyunu da izləmişdik. Buna görə həftə ərzində yaxşı hazırlaşmışdıq. Sevinirik ki, əziyyətimiz yerdə qalmadı və bu gün meydanı 3 xalla tərk edirik". 

Paytaxt klubunun bombardiri "Keşlə" cempion ola bilərmi" sualına belə cavab verib: "Bizim çox yaxşı heyətimiz var. Düşünürəm ki, bu heyətlə böyük hədəflərə çatmaq olar. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq və bu əzmi mövsümün sonuna qədər davam etdirəcəyik". 

Frutos şəxsi planda göstəricisinin o qədər vacib olmadığını deyib: "Mən komanda üçün çalışıram. Qollarımla "Keşlə"ya maksimum faydalı olmağa səy göstərirəm. Mənim üçün ilk növbədə komandanın uğurudur. Yəni bombadir olmağım vacib deyil, təki komandam qazansın".